Qəbrin yanında cənazə namazı qılmaq haqda nə rəvayət olunub?
حَدَّثَنَا الْعَبَّاسُ بْنُ عَبْدِ الْعَظِيمِ الْعَنْبَرِيُّ ، وَمُحَمَّدُ بْنُ يَحْيَى ، قَالاَ : حَدَّثَنَا أَحْمَدُ بْنُ حَنْبَلٍ ، حَدَّثَنَا غُنْدَرٌ ، عَنْ شُعْبَةَ ، عَنْ حَبِيبِ بْنِ الشَّهِيدِ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ صَلَّى عَلَى قَبْرٍ بَعْدَ مَا قُبِرَ.
“Ənəs ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ bir nəfər dəfn edildikdən sonra onun qəbrinin yanında cənazə namazını qıldı.”
Ənəs
Səhihİstinad
İbn Məcə, 1531 (Cənazələr, 99)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər