Cənazəyə aid fəsillər

Qəbrin yanında cənazə namazı qılmaq haqda nə rəvayət olunub?

حَدَّثَنَا أَبُو كُرَيْبٍ ، حَدَّثَنَا سَعِيدُ بْنُ شُرَحْبِيلَ ، عَنِ ابْنِ لَهِيعَةَ ، عَنْ عُبَيْدِ اللهِ بْنِ الْمُغِيرَةِ ، عَنْ أَبِي الْهَيْثَمِ ، عَنْ أَبِي سَعِيدٍ ، قَالَ : كَانَتْ سَوْدَاءُ تَقُمُّ الْمَسْجِدَ ، فَتُوُفِّيَتْ لَيْلاً ، فَلَمَّا أَصْبَحَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، أُخْبِرَ بِمَوْتِهَا ، فَقَالَ : أَلاَ آذَنْتُمُونِي بِهَا ؟ فَخَرَجَ بِأَصْحَابِهِ ، فَوَقَفَ عَلَى قَبْرِهَا ، فَكَبَّرَ عَلَيْهَا ، وَالنَّاسُ مِنْ خَلْفِهِ ، وَدَعَا لَهَا ، ثُمَّ انْصَرَفَ.

“Rəvayət edilir ki, Əbu Səid ﵁ demişdir: “Qaradərili bir qadın məscidi süpürürdü və gecə vaxtı vəfat etdi. Səhər olduqda onun ölümünü Allah Elçisinə ﷺ xəbər verdilər. Peyğəmbər ﷺ buyurdu: “Niyə mənə onun vəfatını xəbər vermədiniz?” Peyğəmbər ﷺ səhabələri ilə çıxıb qadının qəbrinin yanına gəldi və dayanaraq təkbir etdi, camaat da onun arxasında təkbir etdi. Allah Elçisi ﷺ onun üçün dua etdi və qayıtdı”.”

Əbu Səid
Səhih

İstinad

İbn Məcə, 1533 (Cənazələr, 101)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər