Nəcaşinin cənazə namazı haqda nə rəvayət olunub?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ الأَعْلَى ، عَنْ مَعْمَرٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّ النَّجَاشِيَّ قَدْ مَاتَ , فَخَرَجَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَأَصْحَابُهُ إِلَى الْبَقِيعِ ، فَصَفَّنَا خَلْفَهُ ، وَتَقَدَّمَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَكَبَّرَ أَرْبَعَ تَكْبِيرَاتٍ.
“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Nəcaşi artıq vəfat etdi”. Allah Elçisi ﷺ səhabələri ilə çıxıb Bəqi qəbiristanlığına getdi. Biz onun arxasında cərgədə durduq. Allah Elçisi ﷺ önümüzə keçib dörd dəfə təkbir etməklə cənazə namazı qıldı”.”
İstinad
İbn Məcə, 1534 (Cənazələr, 102)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər