Cənazəyə aid fəsillər

Nəcaşinin cənazə namazı haqda nə rəvayət olunub?

حَدَّثَنَا يَحْيَى بْنُ خَلَفٍ ، وَمُحَمَّدُ بْنُ زِيَادٍ ، قَالاَ : حَدَّثَنَا بِشْرُ بْنُ الْمُفَضَّلِ (ح) وحَدَّثَنَا عَمْرُو بْنُ رَافِعٍ ، حَدَّثَنَا هُشَيْمٌ ؛ جَمِيعًا عَنْ يُونُسَ ، عَنْ أَبِي قِلاَبَةَ ، عَنْ أَبِي الْمُهَلَّبِ ، عَنْ عِمْرَانَ بْنِ الْحُصَيْنِ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِنَّ أَخَاكُمُ النَّجَاشِيَّ قَدْ مَاتَ ، فَصَلُّوا عَلَيْهِ , قَالَ : فَقَامَ , فَصَلَّيْنَا خَلْفَهُ ، وَإِنِّي لَفِي الصَّفِّ الثَّانِي ، فَصَلَّى عَلَيْهِ.

“İmran ibn Husayn ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, qardaşınız Nəcaşi vəfat etmişdir. Onun üçün cənazə namazını qılın!” İmran deyir: “Peyğəmbər ﷺ qalxdı, biz də onun arxasında namaz qılırdıq. Mən ikinci cərgədə idim. Onun cənazə namazını qıldıq”.”

İmran ibn Husayn
Səhih

İstinad

İbn Məcə, 1535 (Cənazələr, 103)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər