Cənazəyə aid fəsillər

Nəcaşinin cənazə namazı haqda nə rəvayət olunub?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُعَاوِيَةُ بْنُ هِشَامٍ ، حَدَّثَنَا سُفْيَانُ ، عَنْ حُمْرَانَ بْنِ أَعْيَنَ ، عَنْ أَبِي الطُّفَيْلِ ، عَنْ مُجَمِّعِ بْنِ جَارِيَةَ الأَنْصَارِيِّ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : إِنَّ أَخَاكُمُ النَّجَاشِيَّ قَدْ مَاتَ ، فَقُومُوا فَصَلُّوا عَلَيْهِ , فَصَفَّنَا خَلْفَهُ صَفَّيْنِ.

“Mucəmmi ibn Cariyə əl-Ənsari ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, qardaşınız Nəcaşi vəfat etmişdir. Qalxın və onun cənazə namazını qılın!” Peyğəmbər ﷺ bizi arxasında iki cərgə olaraq düzdü”.”

Mucəmmi ibn Cariyə əl-Ənsari
Səhih

İstinad

İbn Məcə, 1536 (Cənazələr, 104)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər