Cənazəyə aid fəsillər

Cənazə namazı qılanın və dəfnin sonuna qədər gözləyənin savabı haqda nə rəvayət olunub?

حَدَّثَنَا حُمَيْدُ بْنُ مَسْعَدَةَ ، حَدَّثَنَا خَالِدُ بْنُ الْحَارِثِ ، حَدَّثَنَا سَعِيدٌ ، عَنْ قَتَادَةَ , حَدَّثَنِي سَالِمُ بْنُ أَبِي الْجَعْدِ ، عَنْ مَعْدَانَ بْنِ أَبِي طَلْحَةَ ، عَنْ ثَوْبَانَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ صَلَّى عَلَى جِنَازَةٍ فَلَهُ قِيرَاطٌ ، وَمَنْ شَهِدَ دَفْنَهَا فَلَهُ قِيرَاطَانِ , قَالَ : فَسُئِلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَنِ الْقِيرَاطِ ؟ فَقَالَ : مِثْلُ أُحُدٍ.

“Rəvayət edilir ki, Səvban ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim cənazə namazını qılarsa, bir qirat savab qazanar. Kim də dəfndə iştirak edərsə, ona iki qirat savab var”. Peyğəmbərə ﷺ bir qiratın nə qədər olması haqda sual verildi. O dedi: “Uhud dağı kimidir”.”

Səvban
Səhih

İstinad

İbn Məcə, 1540 (Cənazələr, 108)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər