Cənazəyə aid fəsillər

Cənazə namazı qılanın və dəfnin sonuna qədər gözləyənin savabı haqda nə rəvayət olunub?

حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ الْمُحَارِبِيُّ ، عَنْ حَجَّاجِ بْنِ أَرْطَاةَ ، عَنْ عَدِيِّ بْنِ ثَابِتٍ ، عَنْ زِرِّ بْنِ حُبَيْشٍ ، عَنْ أُبَيِّ بْنِ كَعْبٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَنْ صَلَّى عَلَى جِنَازَةٍ فَلَهُ قِيرَاطٌ ، وَمَنْ شَهِدَهَا حَتَّى تُدْفَنَ فَلَهُ قِيرَاطٌ ، وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ , الْقِيرَاطُ أَعْظَمُ مِنْ أُحُدٍ هَذَا.

“Rəvayət edilir ki, Ubey ibn Kəb ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kim cənazə namazını qılarsa, ona bir qirat savab qazanar. Kim də dəfn bitənədək orada iştirak edərsə, ona da bir qirat savab var. Muhəmmədin canı əlində olan Allaha and olsun ki, bir qirat bu Uhud dağından daha böyükdür”.”

Ubey ibn Kəb
Səhih

İstinad

İbn Məcə, 1541 (Cənazələr, 109)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər