Cənazə üçün ayağa durmaq haqda nə rəvayət olunub?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ رُمْحٍ ، أَخْبَرَنَا اللَّيْثُ بْنُ سَعْدٍ , عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ عَنْ عَامِرِ بْنِ رَبِيعَةَ , عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ (ح) وَحَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ , عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمٍ , عَنْ أَبِيهِ , عَنْ عَامِرِ بْنِ رَبِيعَةَ سَمِعَهُ يُحَدِّثُ عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : إِذَا رَأَيْتُمُ الْجِنَازَةَ فَقُومُوا لَهَا حَتَّى تُخَلِّفَكُمْ ، أَوْ تُوضَعَ.
“Amir ibn Rabia ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Cənazənin aparıldığını gördüyünüz zaman onun üçün ayağa qalxın və cənazə sizin yanınızdan keçənə və ya bir yerə qoyulana qədər oturmayın!””
İstinad
İbn Məcə, 1542 (Cənazələr, 110)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər