Cənazəyə aid fəsillər

Qəbrin “şəqq” formasında olması haqda nə rəvayət olunub?

حَدَّثَنَا مَحْمُودُ بْنُ غَيْلاَنَ ، حَدَّثَنَا هَاشِمُ بْنُ الْقَاسِمِ ، حَدَّثَنَا مُبَارَكُ بْنُ فَضَالَةَ , حَدَّثَنِي حُمَيْدٌ الطَّوِيلُ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : لَمَّا تُوُفِّيَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ بِالْمَدِينَةِ رَجُلٌ يَلْحَدُ ، وَآخَرُ يَضْرَحُ ، فَقَالُوا : نَسْتَخِيرُ رَبَّنَا ، وَنَبْعَثُ إِلَيْهِمَا ، فَأَيُّهُمَا سُبِقَ تَرَكْنَاهُ ، فَأُرْسِلَ إِلَيْهِمَا ، فَسَبَقَ صَاحِبُ اللَّحْدِ , فَلَحَدُوا لِلنَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisi ﷺ vəfat etdiyi vaxt Mədinə şəhərində iki nəfər qəbirqazan var idi. Onlardan biri “ləhd”, digəri isə “şəqq” formalı qəbir qazardı. Səhabələr dedilər ki, Rəbbimizə istixarə edək və onların ardınca adam göndərək. Hansı birinci gəlsə, qəbri də o qazsın. Beləliklə, qəbirqazanların ardınca adam göndərdilər. “Ləhd” formalı qəbirqazan birinci gəldi və Peyğəmbərin ﷺ qəbri “ləhd” formasında qazıldı”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1557 (Cənazələr, 125)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər