Cənazəyə aid fəsillər

Qəbrin “şəqq” formasında olması haqda nə rəvayət olunub?

حَدَّثَنَا عُمَرُ بْنُ شَبَّةَ بْنِ عَبِيدَةَ بْنِ زَيْدٍ ، حَدَّثَنَا عُبَيْدُ بْنُ طُفَيْلٍ الْمُقْرِئُ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ أَبِي مُلَيْكَةَ الْقُرَشِيُّ ، حَدَّثَنَا ابْنُ أَبِي مُلَيْكَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : لَمَّا مَاتَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , اخْتَلَفُوا فِي اللَّحْدِ وَالشَّقِّ ، حَتَّى تَكَلَّمُوا فِي ذَلِكَ ، وَارْتَفَعَتْ أَصْوَاتُهُمْ ، فَقَالَ عُمَرُ : لاَ تَصْخَبُوا عِنْدَ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ حَيًّا وَلاَ مَيِّتًا ، أَوْ كَلِمَةً نَحْوَهَا ، فَأَرْسَلُوا إِلَى الشَّقَّاقِ ، وَاللاَّحِدِ جَمِيعًا ، فَجَاءَ اللاَّحِدُ ، فَلَحَدَ لِرَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، ثُمَّ دُفِنَ صَلَّى الله عَليْهِ وسَلَّمَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ vəfat etdiyi vaxt onun qəbrinin “ləhd”, yoxsa “şəqq” formasında olması haqda ixtilaf düşdü. Bu haqda danışıldı və səslər yüksəldi. Ömər dedi: “Nə sağ ikən, nə də vəfat etdikdən sonra Allah Elçisinin ﷺ yanında uca səslə danışmaq olmaz. Həm “şəqq”, həm də “ləhd” formasında qəbirqazana xəbər göndərin”. “Ləhd” formasında qazan gəldi, Allah Elçisi ﷺ üçün ləhd formasında qəbir qazıldı və Allah Elçisi ﷺ ora dəfn edildi”.”

Aişə
Həsən

İstinad

İbn Məcə, 1558 (Cənazələr, 126)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər