Cənazəyə aid fəsillər

Yaxanı cırmaq və vəfat edən üçün fəryad edib ağlamağın qadağan olunması haqda nə rəvayət olunub?

حَدَّثَنَا أَحْمَدُ بْنُ عُثْمَانَ بْنِ حَكِيمٍ الأَوْدِيُّ ، حَدَّثَنَا جَعْفَرُ بْنُ عَوْنٍ ، عَنْ أَبِي الْعُمَيْسِ ، قَالَ : سَمِعْتُ أَبَا صَخْرَةَ يَذْكُرُ عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ ، وَأَبِي بُرْدَةَ ، قَالاَ : لَمَّا ثَقُلَ أَبُو مُوسَى , أَقْبَلَتِ امْرَأَتُهُ أُمُّ عَبْدِ اللهِ تَصِيحُ بِرَنَّةٍ ، فَأَفَاقَ ، فَقَالَ لَهَا : أَوَمَا عَلِمْتِ أَنِّي بَرِيءٌ مِمَّنْ بَرِئَ مِنْهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ وَكَانَ يُحَدِّثُهَا أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : أَنَا بَرِيءٌ مِمَّنْ حَلَقَ ، وَسَلَقَ ، وَخَرَقَ.

“Rəvayət edilir ki, Abdur-Rahmən ibn Yəzid və Əbu Burdə ﵄ demişlər: “Əbu Musanın vəziyyəti ağırlaşdıqda zövcəsi Ummu Abdullah yüksək səslə ağlamağa başladı. Əbu Musa özünə gələndə ona dedi: “Allah Elçisinin ﷺ uzaq olduğu adamdan mənim də uzaq olduğumu bilmirsənmi?” Əbu Musa bundan qabaq ona Allah Elçisinin ﷺ bu hədisini danışmışdı: “Mən müsibət anında səsini yüksəldərək çığıran, saçını, başını yolan və yaxasını cıran adamdan uzağam”.”

Abdur-Rahmən ibn Yəzid və Əbu Burdə
Səhih

İstinad

İbn Məcə, 1586 (Cənazələr, 154)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər