Ölən adam üçün ağlamaq haqda nə rəvayət olunub?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ الْمَلِكِ بْنِ أَبِي الشَّوَارِبِ ، حَدَّثَنَا عَبْدُ الْوَاحِدِ بْنُ زِيَادٍ ، حَدَّثَنَا عَاصِمٌ الأَحْوَلُ ، عَنْ أَبِي عُثْمَانَ ، عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ ، قَالَ : كَانَ ابْنٌ لِبَعْضِ بَنَاتِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقْضِي ، فَأَرْسَلَتْ إِلَيْهِ أَنْ يَأْتِيَهَا ، فَأَرْسَلَ إِلَيْهَا أَنَّ لِلَّهِ مَا أَخَذَ ، وَلَهُ مَا أَعْطَى ، وَكُلُّ شَيْءٍ عِنْدَهُ إِلَى أَجَلٍ مُسَمًّى ، فَلْتَصْبِرْ وَلْتَحْتَسِبْ , فَأَرْسَلَتْ إِلَيْهِ ، فَأَقْسَمَتْ عَلَيْهِ ، فَقَامَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , وَقُمْتُ مَعَهُ ، وَمَعَهُ مُعَاذُ بْنُ جَبَلٍ ، وَأُبَيُّ بْنُ كَعْبٍ ، وَعُبَادَةُ بْنُ الصَّامِتِ ، فَلَمَّا دَخَلْنَا , نَاوَلُوا الصَّبِيَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، وَرُوحُهُ تَقَلْقَلُ فِي صَدْرِهِ ، قَالَ : حَسِبْتُهُ قَالَ : كَأَنَّهَا شَنَّةٌ ، قَالَ : فَبَكَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ عُبَادَةُ بْنُ الصَّامِتِ : مَا هَذَا يَا رَسُولَ اللهِ ، ؟ قَالَ : الرَّحْمَةُ الَّتِي جَعَلَهَا اللَّهُ فِي بَنِي آدَمَ ، وَإِنَّمَا يَرْحَمُ اللَّهُ مِنْ عِبَادِهِ الرُّحَمَاءَ.
“Rəvayət edilir ki, Usamə ibn Zeyd ﵄ demişdir: “Allah Elçisinin ﷺ qızlarından birinin oğlü ölürdü. Qızı Peyğəmbərə ﷺ xəbər göndərərək yanına gəlməsini istədi. Allah Elçisi ﷺ də ona xəbər göndərdi ki, alan da Allahdır, verən də. Onun dərgahında hər şeyin bir əcəli var. Səbir et və savabını Allahdan gözlə. Qızı yenə adam göndərdi və and verdi ki, gəlsin. Allah Elçisi ﷺ ayağa durdu, mən də onunla birlikdə ayağa durdum. Muaz ibn Cəbəl, Ubey ibn Kəb və Ubadə ibn əs-Samit də onunla birlikdə idilər. Biz ora daxil olanda uşağı Allah Elçisinə ﷺ verdilər. Uşaq can verirdi, sinəsi xırıldayırdı”. Ravi deyir: “Zənn edirəm ki, Usamə belə demişdir: “Uşaq zəifldəiyinə görə köhnə çubuq kimi idi”. Usamə sözünə davam edərək deyir: “Allah Elçisi ﷺ ağladıqda Ubadə ibn əs-Samit dedi: “Bu nədir, ey Allahın Elçisi?” Allah Elçisi ﷺ buyurdu: “Bu, Allahın Adəm övladlarına yerləşdirdiyi rəhmət hissidir. Allah bəndələrindən rəhmli olanlara rəhm edər”.”
İstinad
İbn Məcə, 1588 (Cənazələr, 156)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər