Ölən adam üçün ağlamaq haqda nə rəvayət olunub?
حَدَّثَنَا سُوَيْدُ بْنُ سَعِيدٍ ، حَدَّثَنَا يَحْيَى بْنُ سُلَيْمٍ ، عَنِ ابْنِ خُثَيْمٍ ، عَنْ شَهْرِ بْنِ حَوْشَبٍ ، عَنْ أَسْمَاءَ بِنْتِ يَزِيدَ ، قَالَتْ : لَمَّا تُوُفِّيَ ابْنُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ , إِبْرَاهِيمُ , بَكَى رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ لَهُ الْمُعَزِّي : إِمَّا أَبُو بَكْرٍ ، وَإِمَّا عُمَرُ : أَنْتَ أَحَقُّ مَنْ عَظَّمَ للهِ حَقَّهُ ، قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : تَدْمَعُ الْعَيْنُ ، وَيَحْزَنُ الْقَلْبُ ، وَلاَ نَقُولُ مَا يُسْخِطُ الرَّبَّ ، لَوْلاَ أَنَّهُ وَعْدٌ صَادِقٌ ، وَمَوْعُودٌ جَامِعٌ ، وَأَنَّ الآخِرَ تَابِعٌ لِلأَوَّلِ ، لَوَجَدْنَا عَلَيْكَ يَا إِبْرَاهِيمُ أَفْضَلَ مِمَّا وَجَدْنَا ، وَإِنَّا بِكَ لَمَحْزُونُونَ.
“Rəvayət edilir ki, Əsma bint Yəzid ﵂ demişdir: “Allah Elçisinin ﷺ oğlu İbrahim vəfat edəndə Allah Elçisi ﷺ ağladı. Onu təziyə üçün gələn Əbu Bəkr və ya Ömər dedi: “Sən Allahın haqqına riayət etməyə ən çox layiq olan şəxssən”. Allah Elçisi ﷺ buyurdu: “Gözlər yaşarır, qəlb kədərlənir. Biz Rəbbimizi qəzəbləndirən bir söz demirik. Əgər Allahın vəd etdiyi qayda olmasaydı və sonrakılar da ölərək əvvəlkiləri təqib etməsəydi, ey İbrahim, səndən ötrü daha çox kədərlənəcəkdik. Həqiqətən də, biz səndən ötrü kədərlənirik”.”
İstinad
İbn Məcə, 1589 (Cənazələr, 157)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər