Övladını itirənin savabı haqda nə rəvayət edilib?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا إِسْحَاقُ بْنُ سُلَيْمَانَ ، حَدَّثَنَا حَرِيزُ بْنُ عُثْمَانَ ، عَنْ شُرَحْبِيلَ بْنِ شُفْعَةَ ، قَالَ : لَقِيَنِي عُتْبَةُ بْنُ عَبْدٍ السُّلَمِيُّ فَقَالَ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ مُسْلِمٍ يَمُوتُ لَهُ ثَلاَثَةٌ مِنَ الْوَلَدِ لَمْ يَبْلُغُوا الْحِنْثَ ، إِلاَّ تَلَقَّوْهُ مِنْ أَبْوَابِ الْجَنَّةِ الثَّمَانِيَةِ ، مِنْ أَيِّهَا شَاءَ دَخَلَ.
“Rəvayət edilir ki, Şurahbil ibn Şufa ﵀ demişdir: “Utbə ibn Abdus-Suləmi mənimlə rastlaşdı və dedi: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitmişəm: “Həddi-büluğa çatmayan üç övladı vəfat edən elə bir müsəlman yoxdur ki, onun uşaqları Cənnətin səkkiz qapısında onu qarşılamasın, o da istədiyi qapıdan Cənnətə girməsin”.”
İstinad
İbn Məcə, 1604 (Cənazələr, 172)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər