Cənazəyə aid fəsillər

Övladını itirənin savabı haqda nə rəvayət edilib?

حَدَّثَنَا يُوسُفُ بْنُ حَمَّادٍ الْمَعْنِيُّ ، حَدَّثَنَا عَبْدُ الْوَارِثِ بْنُ سَعِيدٍ ، عَنْ عَبْدِ الْعَزِيزِ بْنِ صُهَيْبٍ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا مِنْ مُسْلِمَيْنِ يُتَوَفَّى لَهُمَا ثَلاَثَةٌ مِنَ الْوَلَدِ لَمْ يَبْلُغُوا الْحِنْثَ ، إِلاَّ أَدْخَلَهُمُ اللَّهُ الْجَنَّةَ ، بِفَضْلِ رَحْمَةِ اللهِ إِيَّاهُمْ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Peyğəmbər ﷺ belə buyurdu: “Həddi-büluğa çatmayan üç övladı vəfat edən elə bir müsəlman cütlük (ər-arvad) yoxdur ki, Allah uşaqlara olan rəhmətinə görə həmin valideynləri Cənnətə daxil etməsin”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1605 (Cənazələr, 173)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər