Allah Elçisinin ﷺ xəstələnməsi haqda nə rəvayət olunub?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ مُسْلِمٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَتَعَوَّذُ بِهَؤُلاَءِ الْكَلِمَاتِ : أَذْهِبِ الْبَاسَ ، رَبَّ النَّاسِ ، وَاشْفِ أَنْتَ الشَّافِي ، لاَ شِفَاءَ إِلاَّ شِفَاؤُكَ ، شِفَاءً لاَ يُغَادِرُ سَقَمًا , فَلَمَّا ثَقُلَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي مَرَضِهِ الَّذِي مَاتَ فِيهِ ، أَخَذْتُ بِيَدِهِ ، فَجَعَلْتُ أَمْسَحُهُ وَأَقُولُهَا ، فَنَزَعَ يَدَهُ مِنْ يَدِي ، ثُمَّ قَالَ : اللَّهُمَّ اغْفِرْ لِي ، وَأَلْحِقْنِي بِالرَّفِيقِ الأَعْلَى , قَالَتْ : فَكَانَ هَذَا آخِرَ مَا سَمِعْتُ مِنْ كَلاَمِهِ , صَلَّى الله عَليْهِ وسَلَّمَ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ bu kəlmələrlə Allaha sığınardı: “Xəstəliyi apar, ey insanların Rəbbi, Sənin şəfandan başqa şəfa yoxdur. Ona elə bir şəfa ver ki, bundan sonra heç bir xəstəlik qalmasın!” Peyğəmbərin ﷺ vəfatı ilə nəticələnən xəstəliyi ağırlaşdıqda onun əlindən tutdum, bu duanı oxuyaraq əlini bədəninə sürtdüm. O, əlini əlimdən çəkdi və belə dua etdi: “Allahım, məni bağışla və uca dosta qovuşdur!” Aişə deyir: “Bu mənim ondan eşitdiyim son kəlmələri idi”.”
İstinad
İbn Məcə, 1619 (Cənazələr, 187)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər