Cənazəyə aid fəsillər

Allah Elçisinin ﷺ xəstələnməsi haqda nə rəvayət olunub?

حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنْ أَبِيهِ ، عَنْ عُرْوَةَ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَقُولُ : مَا مِنْ نَبِيٍّ يَمْرَضُ إِلاَّ خُيِّرَ بَيْنَ الدُّنْيَا وَالآخِرَةِ , قَالَتْ : فَلَمَّا كَانَ مَرَضُهُ الَّذِي قُبِضَ فِيهِ ، أَخَذَتْهُ بُحَّةٌ ، فَسَمِعْتُهُ يَقُولُ : مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ , فَعَلِمْتُ أَنَّهُ خُيِّرَ.

“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Mən Allah Elçisinin ﷺ belə buyurduğunu eşitdim: “Elə bir peyğəmbər yoxdur ki, ona xəstələnərək dünyada qalmaqla Axirətə qovuşmaq arasında seçim etməkdə ixtiyar verilməsin”. Aişə deyir: “Peyğəmbər ﷺ vəfat edəcəyi xəstəliyə tutulduqda onun səsi boğuq oldu və mən onun bu ayəni: “...Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olarlar” (ən-Nisa, 69) dediyini eşitdim və bildim ki, ona (seçim etmək üçün) ixtiyar verilib”.”

Aişə
Səhih

İstinad

İbn Məcə, 1620 (Cənazələr, 188)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər