Allah Elçisinin ﷺ xəstələnməsi haqda nə rəvayət olunub?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ زَكَرِيَّا ، عَنْ فِرَاسٍ ، عَنْ عَامِرٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : اجْتَمَعْنَ نِسَاءُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَلَمْ تُغَادِرْ مِنْهُنَّ امْرَأَةٌ ، فَجَاءَتْ فَاطِمَةُ , كَأَنَّ مِشْيَتَهَا مِشْيَةُ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقَالَ : مَرْحَبًا بِابْنَتِي , ثُمَّ أَجْلَسَهَا عَنْ شِمَالِهِ ، ثُمَّ إِنَّهُ أَسَرَّ إِلَيْهَا حَدِيثًا , فَبَكَتْ فَاطِمَةُ ، ثُمَّ إِنَّهُ سَارَّهَا ، فَضَحِكَتْ أَيْضًا ، فَقُلْتُ لَهَا : مَا يُبْكِيكِ ؟ قَالَتْ : مَا كُنْتُ لأُفْشِيَ سِرَّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَقُلْتُ : مَا رَأَيْتُ كَالْيَوْمِ فَرَحًا أَقْرَبَ مِنْ حُزْنٍ ، فَقُلْتُ لَهَا حِينَ بَكَتْ : أَخَصَّكِ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِحَدِيثٍ دُونَنَا ، ثُمَّ تَبْكِينَ ؟ وَسَأَلْتُهَا عَمَّا قَالَ ، فَقَالَتْ : مَا كُنْتُ لأُفْشِيَ سِرَّ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، حَتَّى إِذَا قُبِضَ , سَأَلْتُهَا عَمَّا قَالَ ، فَقَالَتْ : إِنَّهُ كَانَ يُحَدِّثُنِي ، أَنَّ جِبْرَائِيلَ كَانَ يُعَارِضُهُ بِالْقُرْآنِ فِي كُلِّ عَامٍ مَرَّةً ، وَأَنَّهُ عَارَضَهُ بِهِ الْعَامَ مَرَّتَيْنِ ، وَلاَ أُرَانِي إِلاَّ قَدْ حَضَرَ أَجَلِي ، وَأَنَّكِ أَوَّلُ أَهْلِي لُحُوقًا بِي ، وَنِعْمَ السَّلَفُ أَنَا لَكِ , فَبَكَيْتُ ، ثُمَّ إِنَّهُ سَارَّنِي , فَقَالَ : أَلاَ تَرْضَيْنَ أَنْ تَكُونِي سَيِّدَةَ نِسَاءِ الْمُؤْمِنِينَ ، أَوْ نِسَاءِ هَذِهِ الأُمَّةِ ؟ فَضَحِكْتُ لِذَلِكَ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbərin ﷺ bütün zövcələri toplanmışdı. Bu vaxt Fatimə gəldi. Onun yerişi Allah Elçisinin ﷺ yerişinə oxşayırdı. Allah Elçisi ﷺ ona: “Xoş gəlmisən, qızım!” dedi və solunda otuzdurdu. Sonra ona nəsə dedi və Fatimə ağladı, sonra yenə nəsə dedi, Fatimə də gülümsədi. Mən Fatiməyə dedim: “Niyə ağlayırsan?” O dedi: “Mən Allah Elçisinin ﷺ sirrini yaya bilmərəm”. Mən öz-özümə dedim: “Bugünkü kimi üzüntü ilə sevinci görməmişdim”. Fatimə ağlayanda mən: “Allah Elçisi ﷺ bizdən gizli sənə nə isə dedi ki, ona görə ağlayırsan?” deyərək bunun səbəbini soruşdum. O dedi: “Mən Allah Elçisinin ﷺ sirrini yaya bilmərəm”. Peyğəmbər ﷺ vəfat etdikdən bir müddət sonra ondan bu haqda soruşdum. Fatimə dedi: “O, mənə dedi ki, Cəbrail hər il gəlib Quranı bir dəfə oxuyardı, bu il isə iki dəfə oxudu. Mən də əcəlimin yaxınlaşdığını bildim. Ailə üzvlərimdən mənə qovuşacaq olan ilk adam sənsən. Mən sənin üçün necə də gözəl sələfəm”. Mən də ona görə ağladım. Sonra mənə gizlicə dedi: “Sən mömin qadınların (və ya bu ümmətin) qadınlarının ən hörmətlisi olmağa razı deyilsənmi?””
İstinad
İbn Məcə, 1621 (Cənazələr, 189)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər