Allah Elçisinin ﷺ xəstələnməsi haqda nə rəvayət olunub?
حَدَّثَنَا هِشَامُ بْنُ عَمَّارٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنِ الزُّهْرِيِّ ، سَمِعَ أَنَسَ بْنَ مَالِكٍ ، يَقُولُ : آخِرُ نَظْرَةٍ نَظَرْتُهَا إِلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، كَشَفَ السِّتَارَةَ يَوْمَ الاِثْنَيْنِ , فَنَظَرْتُ إِلَى وَجْهِهِ ، كَأَنَّهُ وَرَقَةُ مُصْحَفٍ ، وَالنَّاسُ خَلْفَ أَبِي بَكْرٍ فِي الصَّلاَةِ ، فَأَرَادَ أَنْ يَتَحَرَّكَ ، فَأَشَارَ إِلَيْهِ أَنِ اثْبُتْ ، وَأَلْقَى السِّجْفَ ، وَمَاتَ مِنْ آخِرِ ذَلِكَ الْيَوْمِ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵄ demişdir: “Mənim Allah Elçisini ﷺ son dəfə gördüyüm vaxt bazar ertəsi günü (Aişənin otağında olan) pərdəni qaldırdığı vaxt idi. Onun üzünə baxdıqda üzünün ağ vərəq kimi olduğunu gördüm. Camaat Əbu Bəkrin arxasında namaza durmuşdu. Əbu Bəkr geri çəkilmək istədikdə Peyğəmbər ﷺ ona yerində qalması üçün işarə etdi və pərdəni aşağı saldı. Peyğəmbər ﷺ elə həmin günün axırı vəfat etdi”.”
İstinad
İbn Məcə, 1624 (Cənazələr, 192)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər