Cənazəyə aid fəsillər

Allah Elçisinin ﷺ xəstələnməsi haqda nə rəvayət olunub?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَزِيدُ بْنُ هَارُونَ ، حَدَّثَنَا هَمَّامٌ ، عَنْ قَتَادَةَ ، عَنْ صَالِحٍ أَبِي الْخَلِيلِ ، عَنْ سَفِينَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ كَانَ يَقُولُ فِي مَرَضِهِ الَّذِي تُوُفِّيَ فِيهِ : الصَّلاَةَ ، وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ , فَمَا زَالَ يَقُولُهَا ، حَتَّى مَا يُفِيضُ بِهَا لِسَانُهُ.

“Ummu Sələmə ﵂ rəvayət edir ki, Allah Elçisi ﷺ vəfatı ilə nəticələnən xəstəliyə tutulduqda: “Namaza və sağ əlinizin malik olduğu şeylərə dəyər verin” - sözünü taqətdən düşənə qədər deyirdi”.”

Ummu Sələmə
Səhih

İstinad

İbn Məcə, 1625 (Cənazələr, 193)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər