Cənazəyə aid fəsillər

Allah Elçisinin ﷺ xəstələnməsi haqda nə rəvayət olunub?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا إِسْمَاعِيلُ ابْنُ عُلَيَّةَ ، عَنِ ابْنِ عَوْنٍ ، عَنْ إِبْرَاهِيمَ ، عَنِ الأَسْوَدِ ، قَالَ : ذَكَرُوا عِنْدَ عَائِشَةَ ، أَنَّ عَلِيًّا كَانَ وَصِيًّا ، فَقَالَتْ : مَتَى أَوْصَى إِلَيْهِ ؟ فَلَقَدْ كُنْتُ مُسْنِدَتَهُ إِلَى صَدْرِي ، أَوْ إِلَى حَجْرِي ، فَدَعَا بِطَسْتٍ ، فَلَقَدِ انْخَنَثَ فِي حِجْرِي ، فَمَاتَ ، وَمَا شَعَرْتُ بِهِ ، فَمَتَى أَوْصَى صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟.

“Rəvayət edilir ki, əl-Əsvəd ﵀ demişdir: “Aişənin yanında Əlinin Peyğəmbərin ﷺ vəlisi olması haqda danışıldı. Aişə dedi: “Peyğəmbər ﷺ nə vaxt Əlini özündən sonra vəli təyin etdi? Mən Peyğəmbəri ﷺ sinəmə (və ya qucağıma) dayamışdım. O, bir ləyən istədi, o əsnada qucağıma söykəndi və vəfat etdi. Mən isə bunu hiss etmədim. Bəs Allah Elçisi ﷺ vəsiyyəti nə vaxt etdi?””

əl-Əsvəd
Səhih

İstinad

İbn Məcə, 1626 (Cənazələr, 194)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər