Allah Elçisinin ﷺ vəfatı və dəfn edilməsi
حَدَّثَنَا نَصْرُ بْنُ عَلِيٍّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ الزُّبَيْرِ أَبُو الزُّبَيْرِ ، حَدَّثَنَا ثَابِتٌ الْبُنَانِيُّ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : لَمَّا وَجَدَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِنْ كُرَبِ الْمَوْتِ مَا وَجَدَ ، قَالَتْ فَاطِمَةُ : وَاكَرْبَ أَبَتَاهُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لاَ كَرْبَ عَلَى أَبِيكِ بَعْدَ الْيَوْمِ ، إِنَّهُ قَدْ حَضَرَ مِنْ أَبِيكِ مَا لَيْسَ بِتَارِكٍ مِنْهُ أَحَدًا ، الْمُوَافَاةُ يَوْمَ الْقِيَامَةِ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Allah Elçisinin ﷺ ölüm iztirabını çəkdiyini bilən Fatimə dedi: “Vay ata, vay!” Allah Elçisi ﷺ buyurdu: “Bu gündən sonra atan əziyyət çəkməyəcək. Qiyamətə qədər heç bir canlını buraxmayan ölüm atana da gəlmişdir”.”
İstinad
İbn Məcə, 1629 (Cənazələr, 197)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər