Allah Elçisinin ﷺ vəfatı və dəfn edilməsi
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو أُسَامَةَ , حَدَّثَنِي حَمَّادُ بْنُ زَيْدٍ , حَدَّثَنِي ثَابِتٌ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَالَتْ لِي فَاطِمَةُ : يَا أَنَسُ , كَيْفَ سَخَتْ أَنْفُسُكُمْ أَنْ تَحْثُوا التُّرَابَ عَلَى رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ ؟ - وَحَدَّثَنَا ثَابِتٌ ، عَنْ أَنَسٍ ، أَنَّ فَاطِمَةَ ، قَالَتْ حِينَ قُبِضَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : وَاأَبَتَاهُ ، إِلَى جِبْرَائِيلَ أَنْعَاهُ ، وَاأَبَتَاهُ ، مِنْ رَبِّهِ مَا أَدْنَاهُ ، وَاأَبَتَاهُ ، جَنَّةُ الْفِرْدَوْسِ مَأْوَاهُ ، وَاأَبَتَاهُ أَجَابَ رَبًّا دَعَاهُ. قَالَ حَمَّادٌ : فَرَأَيْتُ ثَابِتًا حِينَ حَدَّثَ بِهَذَا الْحَدِيثِ بَكَى , حَتَّى رَأَيْتُ أَضْلاَعَهُ تَخْتَلِفُ.
“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Fatimə mənə dedi: “Ey Ənəs! Allah Elçisinin ﷺ üzərinə torpaq atmağa necə ürəyiniz gəldi?” Fatimə Allah Elçisi ﷺ vəfat etdikdə belə dedi: “Ey Cəbrailə vəfat xəbərini verdiyimiz atam! Ey Rəbbinə çox yaxınlaşmış atam! Ey yeri Firdovs Cənnəti olan atam! Ey Rəbbinin dəvətini qəbul edən atam!” Ravi Həmməd deyir: “Mən Sabitin bu hədisi danışanda ağladığını və hıçqırtısına görə qabırğalarının tərpəndiyini gördüm”.”
İstinad
İbn Məcə, 1630 (Cənazələr, 198)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər