Cənazəyə aid fəsillər

Allah Elçisinin ﷺ vəfatı və dəfn edilməsi

حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيٍّ الْخَلاَّلُ ، حَدَّثَنَا عَمْرُو بْنُ عَاصِمٍ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ الْمُغِيرَةِ ، عَنْ ثَابِتٍ ، عَنْ أَنَسٍ ، قَالَ : قَالَ أَبُو بَكْرٍ , بَعْدَ وَفَاةِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ لِعُمَرَ : انْطَلِقْ بِنَا إِلَى أُمِّ أَيْمَنَ نَزُورُهَا ، كَمَا كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَزُورُهَا ، قَالَ : فَلَمَّا انْتَهَيْنَا إِلَيْهَا بَكَتْ ، فَقَالاَ لَهَا : مَا يُبْكِيكِ ؟ فَمَا عِنْدَ اللهِ خَيْرٌ لِرَسُولِهِ ، قَالَتْ : إِنِّي لأَعْلَمُ أَنَّ مَا عِنْدَ اللهِ خَيْرٌ لِرَسُولِهِ ، وَلَكِنِّي أَبْكِي لأَنَّ الْوَحْيَ قَدِ انْقَطَعَ مِنَ السَّمَاءِ , قَالَ : فَهَيَّجَتْهُمَا عَلَى الْبُكَاءِ ، فَجَعَلاَ يَبْكِيَانِ مَعَهَا.

“Rəvayət edilir ki, Ənəs ﵁ demişdir: “Əbu Bəkr Allah Elçisinin ﷺ vəfatından sonra Ömərə dedi: “Gəl Allah Elçisinin ﷺ ziyarət etdiyi kimi, biz də Ummu Əyməni ziyarət edək”. Biz onun yanına gəldikdə onun ağladığını gördük. Biz ona dedik: “Səni ağladan nədir? Axı Allah dərgahında Onun Elçisinin məqamı daha xeyirlidir”. Ummu Əymən dedi: “Allah dərgahında Onun Elçisinin məqamının daha xeyirli olduğunu bilirəm, lakin mən səmadan vəhyin gəlməsinin kəsilməsinə görə ağlayıram”. Ənəs deyir: “Beləliklə, Ummu Əymən onların ağlamasına səbəb oldu və onlar ikisi də ona qoşularaq ağlamağa başladılar”.”

Ənəs
Səhih

İstinad

İbn Məcə, 1635 (Cənazələr, 203)

Sunən İbn Məcə — Cənazəyə aid fəsillər