Allah Elçisinin ﷺ vəfatı və dəfn edilməsi
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا الْحُسَيْنُ بْنُ عَلِيٍّ ، عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ يَزِيدَ بْنِ جَابِرٍ ، عَنْ أَبِي الأَشْعَثِ الصَّنْعَانِيِّ ، عَنْ أَوْسِ بْنِ أَوْسٍ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ مِنْ أَفْضَلِ أَيَّامِكُمْ يَوْمَ الْجُمُعَةِ ، فِيهِ خُلِقَ آدَمُ ، وَفِيهِ النَّفْخَةُ ، وَفِيهِ الصَّعْقَةُ ، فَأَكْثِرُوا عَلَيَّ مِنَ الصَّلاَةِ فِيهِ ، فَإِنَّ صَلاَتَكُمْ مَعْرُوضَةٌ عَلَيَّ , فَقَالَ رَجُلٌ : يَا رَسُولَ اللهِ ، كَيْفَ تُعْرَضُ صَلاَتُنَا عَلَيْكَ وَقَدْ أَرَمْتَ ، يَعْنِي ، بَلِيتَ ، قَالَ : إِنَّ اللَّهَ حَرَّمَ عَلَى الأَرْضِ أَنْ تَأْكُلَ أَجْسَادَ الأَنْبِيَاءِ.
“Rəvayət edilir ki, Əus ibn Əus ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Sizin ən fəzilətli gününüz Cümədir. Adəm həmin gün yaradıldı. Həmin gün Sura üfürüləcək. İkinci dəfə Sura üfürülmə də həmin gün olacaq. Cümə günü mənə çoxlu salavat deyin. Sizin salavatınız mənə çatdırılır”. Bir kişi dedi: “Ey Allahın Elçisi, torpaq sənin bədənini yedikdə, yəni çürüdükdən sonra bizim salavatımız sənə necə çatdırılır?” Peyğəmbər ﷺ buyurdu: “Həqiqətən, Allah torpağa peyğəmbərlərin cəsədini yeməyi haram etmişdir”.”
İstinad
İbn Məcə, 1636 (Cənazələr, 204)
Sunən İbn Məcə — Cənazəyə aid fəsillər