Oruca aid fəsillər

Ramazan ayının fəziləti haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَدْرٍ عَبَّادُ بْنُ الْوَلِيدِ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ بِلاَلٍ ، حَدَّثَنَا عِمْرَانُ الْقَطَّانُ ، عَنْ قَتَادَةَ ، عَنْ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : دَخَلَ رَمَضَانُ ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِنَّ هَذَا الشَّهْرَ قَدْ حَضَرَكُمْ ، وَفِيهِ لَيْلَةٌ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ ، مَنْ حُرِمَهَا , فَقَدْ حُرِمَ الْخَيْرَ كُلَّهُ ، وَلاَ يُحْرَمُ خَيْرَهَا إِلاَّ مَحْرُومٌ.

“Rəvayət edilir ki, Ənəs ibn Malik ﵁ demişdir: “Ramazan ayı gəldikdə Allah Elçisi ﷺ belə buyurdu: “Həqiqətən, sizə bu ay gəlib. Bu ayda min aydan xeyirli gecə var. Ondan məhrum olan bütün xeyirlərdən məhrum olmuşdur. Bu gecənin xeyrindən yalnız xeyirdən məhrum olanlar məhrum olar”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1644 (Oruc, 7)

Sunən İbn Məcə — Oruca aid fəsillər