Ramazanın başlanmasında olan şəkk günündə oruc tutmaq haqda nə rəvayət edilib?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ نُمَيْرٍ ، حَدَّثَنَا أَبُو خَالِدٍ الأَحْمَرُ ، عَنْ عَمْرِو بْنِ قَيْسٍ ، عَنْ أَبِي إِسْحَاقَ ، عَنْ صِلَةَ بْنِ زُفَرَ ، قَالَ : كُنَّا عِنْدَ عَمَّارٍ فِي الْيَوْمِ الَّذِي يُشَكُّ فِيهِ ، فَأُتِيَ بِشَاةٍ ، فَتَنَحَّى بَعْضُ الْقَوْمِ ، فَقَالَ عَمَّارٌ : مَنْ صَامَ هَذَا الْيَوْمَ , فَقَدْ عَصَى أَبَا الْقَاسِمِ , صَلَّى الله عَليْهِ وسَلَّمَ.
“Rəvayət edilir ki, Sila ibn Zufər ﵀ demişdir: “Bir dəfə biz Ramazanın başlamasında şəkk olan gündə Əmmarın yanında oturmuşduq. Qarşımıza qızardılmış qoyun gətirdilər. Camaatdan bəziləri yeməyib kənara çəkildilər. Əmmar dedi: “Kim (Ramazan ayının girib-girməməsi haqda şəkk olan) bu gündə oruc tutarsa, Əbul-Qasimə (Peyğəmbərə) ﷺ asi olmuşdur”.”
İstinad
İbn Məcə, 1645 (Oruc, 8)
Sunən İbn Məcə — Oruca aid fəsillər