Oruca aid fəsillər

Hilalı görüb şahidlik etmək haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا هُشَيْمٌ ، عَنْ أَبِي بِشْرٍ ، عَنْ أَبِي عُمَيْرِ بْنِ أَنَسِ بْنِ مَالِكٍ ، قَالَ : حَدَّثَنِي عُمُومَتِي مِنَ الأَنْصَارِ , مِنْ أَصْحَابِ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالُوا : أُغْمِيَ عَلَيْنَا هِلاَلُ شَوَّالٍ ، فَأَصْبَحْنَا صِيَامًا ، فَجَاءَ رَكْبٌ مِنْ آخِرِ النَّهَارِ ، فَشَهِدُوا عِنْدَ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنَّهُمْ رَأَوُا الْهِلاَلَ بِالأَمْسِ ، فَأَمَرَهُمْ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ أَنْ يُفْطِرُوا ، وَأَنْ يَخْرُجُوا إِلَى عِيدِهِمْ مِنَ الْغَدِ.

“Əbu Umeyr ibn Ənəs ibn Malik ﵀ Allah Elçisinin ﷺ səhabələrindən olan ənsarlı əmilərinin belə dediklərini rəvayət etmişdir: “Şəvval ayının yeni hilalı hava buludlu olduğuna görə görsənmədi. Ona görə biz səhəri gün oruc tutduq. Həmin gün axşamçağı Peyğəmbərin ﷺ yanında bir toplum ayı gördüklərinə şahidlik etdilər. Peyğəmbər ﷺ də orucu açmağı və tezdən bayram namazına gəlmələrini əmr etdi”.”

Əbu Umeyr ibn Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1653 (Oruc, 16)

Sunən İbn Məcə — Oruca aid fəsillər