“Hilalı gördükdə oruc tutun, həmçinin hilalı gördükdə bayram edin” haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَبُو مَرْوَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَعِيدِ بْنِ الْمُسَيَّبِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا رَأَيْتُمُ الْهِلاَلَ فَصُومُوا ، وَإِذَا رَأَيْتُمُوهُ فَأَفْطِرُوا ، فَإِنْ غُمَّ عَلَيْكُمْ , فَصُومُوا ثَلاَثِينَ يَوْمًا.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Ramazan ayının başlanmasını bildirən) hilalı gördükdə oruc tutmağa başlayın. (Ayın axırında) onu gördükdə bayram edin. Əgər hava buludlu olarsa, (ayı) otuz gün oruc tutun!””
İstinad
İbn Məcə, 1654 (Oruc, 17)
Sunən İbn Məcə — Oruca aid fəsillər