Oruca aid fəsillər

“Hilalı gördükdə oruc tutun, həmçinin hilalı gördükdə bayram edin” haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ سَعْدٍ ، عَنِ الزُّهْرِيِّ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنِ ابْنِ عُمَرَ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : إِذَا رَأَيْتُمُ الْهِلاَلَ فَصُومُوا ، وَإِذَا رَأَيْتُمُوهُ فَأَفْطِرُوا ، فَإِنْ غُمَّ عَلَيْكُمْ , فَاقْدُرُوا لَهُ. وَكَانَ ابْنُ عُمَرَ يَصُومُ قَبْلَ الْهِلاَلِ بِيَوْمٍ.

“Rəvayət edilir ki, İbn Ömər ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “(Ramazan ayının başlanmasını bildirən) hilalı gördükdə oruc tutmağa başlayın. (Ayın axırında) onu gördükdə bayram edin. Əgər hava buludlu olarsa, ayı hesablayaraq tamamlayın!” İbn Ömər Ramazan ayının hilalından bir gün qabaq oruc tutardı.”

İbn Ömər
Səhih

İstinad

İbn Məcə, 1655 (Oruc, 18)

Sunən İbn Məcə — Oruca aid fəsillər