Gecə və gündüz vaxtı fərz orucunu tutmaq haqda nə rəvayət edilib?
حَدَّثَنَا إِسْمَاعِيلُ بْنُ مُوسَى ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ طَلْحَةَ بْنِ يَحْيَى ، عَنْ مُجَاهِدٍ ، عَنْ عَائِشَةَ ، قَالَتْ : دَخَلَ عَلَيَّ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فَقَالَ : هَلْ عِنْدَكُمْ شَيْءٌ ؟ فَنَقُولُ : لاَ ، فَيَقُولُ : إِنِّي صَائِمٌ , فَيُقِيمُ عَلَى صَوْمِهِ ، ثُمَّ يُهْدَى لَنَا شَيْءٌ ، فَيُفْطِرُ ، قَالَتْ : وَرُبَّمَا صَامَ وَأَفْطَرَ ، قُلْتُ : كَيْفَ ذَا ؟ قَالَتْ : إِنَّمَا مَثَلُ هَذَا , مَثَلُ الَّذِي يَخْرُجُ بِصَدَقَةٍ ، فَيُعْطِي بَعْضًا ، وَيُمْسِكُ بَعْضًا.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Allah Elçisi ﷺ yanıma gələrək belə buyurdu: “Sizin yanınızda yeməyə bir şey varmı?” Biz: “Xeyr”, - dedik. O: “(Onda) mən orucam”- deyərək oruc tutardı. Sonra bizə yeməyə bir şey gətirildikdə onunla orucunu pozardı”. Aişə deyir: “Bəzən o, oruc tutar, sonra da onu pozardı”. Ravi deyir: “Mən dedim: “Bu necə ola bilər?” Aişə dedi: “Bunun misalı, sədəqə vermək üçün evindən çıxan, pulunun bir qismini isə sədəqə verən, digərini isə saxlayan adamın misalına bənzəyir”.”
İstinad
İbn Məcə, 1701 (Oruc, 64)
Sunən İbn Məcə — Oruca aid fəsillər