Cənabətli (qüslsuz) halda sabahlayan kişinin oruc tutmaq istəməsi haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، وَمُحَمَّدُ بْنُ الصَّبَّاحِ ، قَالاَ : حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، عَنْ يَحْيَى بْنِ جَعْدَةَ ، عَنْ عَبْدِ اللهِ بْنِ عَمْرٍو الْقَارِيِّ ، قَالَ : سَمِعْتُ أَبَا هُرَيْرَةَ يَقُولُ : لاَ وَرَبِّ الْكَعْبَةِ , مَا أَنَا قُلْتُ مَنْ أَصْبَحَ وَهُوَ جُنُبٌ فَلْيُفْطِرْ ، مُحَمَّدٌ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَهُ.
“Rəvayət edilir ki, Əbu Hureyra ﵁ demişdir: “Xeyr, Kəbənin Rəbbinə and olsun ki, cənabətli halda sabahlayan adamın orucu pozulur” sözünü mən deməmişəm. Bunu Muhəmməd ﷺ demişdir”.”
İstinad
İbn Məcə, 1702 (Oruc, 65)
Sunən İbn Məcə — Oruca aid fəsillər