Cənabətli (qüslsuz) halda sabahlayan kişinin oruc tutmaq istəməsi haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنْ مُطَرِّفٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ مَسْرُوقٍ ، عَنْ عَائِشَةَ , قَالَتْ : كَانَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَبِيتُ جُنُبًا ، فَيَأْتِيهِ بِلاَلٌ ، فَيُؤْذِنُهُ بِالصَّلاَةِ ، فَيَقُومُ , فَيَغْتَسِلُ ، فَأَنْظُرُ إِلَى تَحَدُّرِ الْمَاءِ مِنْ رَأْسِهِ ، ثُمَّ يَخْرُجُ , فَأَسْمَعُ صَوْتَهُ فِي صَلاَةِ الْفَجْرِ. قَالَ مُطَرِّفٌ : فَقُلْتُ لِعَامِرٍ : أَفِي رَمَضَانَ ؟ قَالَ : رَمَضَانُ وَغَيْرُهُ سَوَاءٌ.
“Rəvayət edilir ki, Aişə ﵂ demişdir: “Peyğəmbər ﷺ cənabətli halda yatar, Bilal onun yanına gəlib Sübh namazının vaxtını bildirərdi. O, ayağa durar, qüsl alardı. Mən onun başından suyun damcılamasına baxardım. Sonra çıxar və Sübh namazındakı Quran oxunuşunun səsini eşidərdim”. Mutarrif deyir: “Mən Amirə dedim: “Bu, Ramazan ayında olmuşdur?” O dedi: “Ramazan və digər vaxtlarda fərq yox idi”.”
İstinad
İbn Məcə, 1703 (Oruc, 66)
Sunən İbn Məcə — Oruca aid fəsillər