Oruca aid fəsillər

Cənabətli (qüslsuz) halda sabahlayan kişinin oruc tutmaq istəməsi haqda nə rəvayət edilib?

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ نُمَيْرٍ ، عَنْ عُبَيْدِ اللهِ ، عَنْ نَافِعٍ ، قَالَ : سَأَلْتُ أُمَّ سَلَمَةَ عَنِ الرَّجُلِ يُصْبِحُ وَهُوَ جُنُبٌ ، يُرِيدُ الصَّوْمَ ، قَالَتْ : كَانَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يُصْبِحُ جُنُبًا مِنَ الْوِقَاعِ ، لاَ مِنَ احْتِلاَمٍ ، ثُمَّ يَغْتَسِلُ ، وَيُتِمُّ صَوْمَهُ.

“Rəvayət edilir ki, Nafi ﵀ demişdir: “Mən Ummu Sələmədən cənabət halında olaraq sabahlayan və oruc tutmaq istəyən kişi haqda soruşdum. Ummu Sələmə dedi: “Allah Elçisi ﷺ ehtilam olduğuna görə deyil, zövcəsi ilə yaxınlıq etdiyinə görə cənabət halında sabahlayar, qüsl alıb orucuna davam edərdi”.”

Nafi
Səhih

İstinad

İbn Məcə, 1704 (Oruc, 67)

Sunən İbn Məcə — Oruca aid fəsillər