Davud peyğəmbərin ﵇ orucu haqda nə rəvayət edilib?
حَدَّثَنَا أَبُو إِسْحَاقَ الشَّافِعِيُّ إِبْرَاهِيمُ بْنُ مُحَمَّدِ بْنِ الْعَبَّاسِ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَمْرِو بْنِ دِينَارٍ ، قَالَ : سَمِعْتُ عَمْرَو بْنَ أَوْسٍ ، قَالَ : سَمِعْتُ عَبْدَ اللهِ بْنَ عَمْرٍو يَقُولُ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَحَبُّ الصِّيَامِ إِلَى اللهِ , صِيَامُ دَاوُدَ ، كَانَ يَصُومُ يَوْمًا ، وَيُفْطِرُ يَوْمًا ، وَأَحَبُّ الصَّلاَةِ إِلَى اللهِ , صَلاَةُ دَاوُدَ ، كَانَ يَنَامُ نِصْفَ اللَّيْلِ ، وَيُصَلِّي ثُلُثَهُ ، وَيَنَامُ سُدُسَهُ.
“Rəvayət edilir ki, Abdullah ibn Amr ﵄ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Allaha ən xoş olan oruc Davudun orucudur. O, günaşırı oruc tutardı. Həmçinin Allaha ən xoş olan namaz Davudun namazıdır. O, gecənin yarısını yatar, üçdəbirini namaz qılar, son altıdabirini isə yenə yatardı”.”
İstinad
İbn Məcə, 1712 (Oruc, 75)
Sunən İbn Məcə — Oruca aid fəsillər