Oruca aid fəsillər

Davud peyğəmbərin ﵇ orucu haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَحْمَدُ بْنُ عَبْدَةَ ، حَدَّثَنَا حَمَّادُ بْنُ زَيْدٍ ، حَدَّثَنَا غَيْلاَنُ بْنُ جَرِيرٍ ، عَنْ عَبْدِ اللهِ بْنِ مَعْبَدٍ الزِّمَّانِيِّ ، عَنْ أَبِي قَتَادَةَ ، قَالَ : قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ : يَا رَسُولَ اللهِ ، كَيْفَ بِمَنْ يَصُومُ يَوْمَيْنِ وَيُفْطِرُ يَوْمًا ؟ قَالَ : وَيُطِيقُ ذَلِكَ أَحَدٌ ؟ قَالَ : يَا رَسُولَ اللهِ ، كَيْفَ بِمَنْ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمًا ؟ قَالَ : ذَلِكَ صَوْمُ دَاوُدَ , قَالَ : كَيْفَ بِمَنْ يَصُومُ يَوْمًا وَيُفْطِرُ يَوْمَيْنِ ؟ قَالَ : وَدِدْتُ أَنِّي طُوِّقْتُ ذَلِكَ.

“Əbu Qatədə ﵀ rəvayət edir ki, Ömər ibn əl-Xattab dedi: “Ey Allahın Elçisi, iki günü oruc tutub bir gün tutmayanın halı necədir?” Allah Elçisi ﷺ buyurdu: “Buna kimin gücü çatar ki?” Ömər dedi: “Ey Allahın Elçisi, bəs günaşırı oruc tutanın halı necədir?” Allah Elçisi ﷺ buyurdu: “Bu, Davudun orucudur”. Ömər dedi: “Bir gün oruc tutub iki gün tutmayanın halı bəs necədir?” Peyğəmbər ﷺ buyurdu: “Gücüm çatsa, belə orucu tutmaq istəyərəm”.”

Əbu Qatədə
Səhih

İstinad

İbn Məcə, 1713 (Oruc, 76)

Sunən İbn Məcə — Oruca aid fəsillər