Oruca aid fəsillər

Aşura günü oruc tutmaq

حَدَّثَنَا سَهْلُ بْنِ أَبِي سَهْلٍ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ أَيُّوبَ ، عَنْ سَعِيدِ بْنِ جُبَيْرٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، قَالَ : قَدِمَ النَّبِيُّ صَلَّى الله عَليْهِ وسَلَّمَ الْمَدِينَةَ ، فَوَجَدَ الْيَهُودَ صُيَّامًا ، فَقَالَ : مَا هَذَا ؟ قَالُوا : هَذَا يَوْمٌ أَنْجَى اللَّهُ فِيهِ مُوسَى ، وَأَغْرَقَ فِيهِ فِرْعَوْنَ ، فَصَامَ مُوسَى شُكْرًا ، فَقَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : نَحْنُ أَحَقُّ بِمُوسَى مِنْكُمْ ، فَصَامَهُ ، وَأَمَرَ بِصِيَامِهِ.

“Rəvayət edilir ki, İbn Abbas ﵄ demişdir: “Peyğəmbər ﷺ Mədinəyə gəldikdə yəhudilərin oruc tutduğunu gördü və onlara dedi: “Bu nədir?” Onlar dedilər: “Bu gün Allahın Musanı xilas edib Fironu suya qərq etdiyi gündür. Musa da şükür əlaməti olaraq bu gün oruc tutmuşdur”. Allah Elçisi ﷺ: “Biz Musanın (yolunu getməyə) sizdən daha haqlıyıq”- buyurdu, həmin gün oruc tutdu və oruc tutmağı əmr etdi”.”

İbn Abbas
Səhih

İstinad

İbn Məcə, 1734 (Oruc, 97)

Sunən İbn Məcə — Oruca aid fəsillər