Oruca aid fəsillər

Aşura günü oruc tutmaq

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا مُحَمَّدُ بْنُ فُضَيْلٍ ، عَنْ حُصَيْنٍ ، عَنِ الشَّعْبِيِّ ، عَنْ مُحَمَّدِ بْنِ صَيْفِيٍّ ، قَالَ : قَالَ لَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ يَوْمَ عَاشُورَاءَ : مِنْكُمْ أَحَدٌ طَعِمَ الْيَوْمَ ؟ قُلْنَا : مِنَّا طَعِمَ ، وَمِنَّا مَنْ لَمْ يَطْعَمْ ، قَالَ : فَأَتِمُّوا بَقِيَّةَ يَوْمِكُمْ ، مَنْ كَانَ طَعِمَ ، وَمَنْ لَمْ يَطْعَمْ ، وَأَرْسِلُوا إِلَى أَهْلِ الْعَرُوضِ ، فَلْيُتِمُّوا بَقِيَّةَ يَوْمِهِمْ , قَالَ : يَعْنِي أَهْلَ الْعَرُوضِ حَوْلَ الْمَدِينَةِ.

“Rəvayət edilir ki, Muhəmməd ibn Sayfi ﵀ demişdir: “Allah Elçisi ﷺ Aşura günü bizə buyurdu: “Sizdən kim bu gün bir şey yeyib?” Biz dedik: “Kimimiz yeyib, kimimiz heç nə yeməyib”. O buyurdu: “Bir şey yeyən və heç nə yeməyəniniz günün qalan qismini orucla tamamlasın. Arud əhlinə xəbər göndərin ki, onlar da günün qalan qismini orucla tamamlasınlar”. Arud, yəni Mədinənin ətrafında olan kəndlər.”

Muhəmməd ibn Sayfi
Səhih

İstinad

İbn Məcə, 1735 (Oruc, 98)

Sunən İbn Məcə — Oruca aid fəsillər