Zəkatı verməmək haqda nə rəvayət edilib?
حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي عُمَرَ الْعَدَنِيُّ ، حَدَّثَنَا سُفْيَانُ بْنُ عُيَيْنَةَ ، عَنْ عَبْدِ الْمَلِكِ بْنِ أَعْيَنَ ، وَجَامِعِ بْنِ أَبِي رَاشِدٍ ، سَمِعَا شَقِيقَ بْنَ سَلَمَةَ يُخْبِرُ عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُودٍ ، عَنْ رَسُولِ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : مَا مِنْ أَحَدٍ لاَ يُؤَدِّي زَكَاةَ مَالِهِ ، إِلاَّ مُثِّلَ لَهُ يَوْمَ الْقِيَامَةِ شُجَاعًا أَقْرَعَ حَتَّى يُطَوِّقَ عُنُقَهُ , ثُمَّ قَرَأَ عَلَيْنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ مِصْدَاقَهُ مِنْ كِتَابِ اللهِ تَعَالَى : {وَلاَ يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ} الآيَةَ.
“Rəvayət edilir ki, Abdullah ibn Məsud ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Var-dövləti olub zəkatını verməyənin boynuna Qiyamət günü başı tüksüz bir ilan dolanacaq”. Sonra Allah Elçisi ﷺ təsdiq olaraq Uca Allahın Kitabından bu kəlamı oxudu: “Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu onların xeyrinədir. Əksinə, bu onların zərərinədir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır”. (Ali-İmran, 180)”.”
İstinad
İbn Məcə, 1784 (Zəkat, 2)
Sunən İbn Məcə — Zəkata aid fəsillər