Zəkatı verməmək haqda nə rəvayət edilib?
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، عَنِ الأَعْمَشِ ، عَنِ الْمَعْرُورِ بْنِ سُوَيْدٍ ، عَنْ أَبِي ذَرٍّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : مَا مِنْ صَاحِبِ إِبِلٍ ، وَلاَ غَنَمٍ ، وَلاَ بَقَرٍ ، لاَ يُؤَدِّي زَكَاتَهَا ، إِلاَّ جَاءَتْ يَوْمَ الْقِيَامَةِ أَعْظَمَ مَا كَانَتْ وَأَسْمَنَهُ ، تَنْطَحُهُ بِقُرُونِهَا ، وَتَطَؤُهُ بِأَخْفَافِهَا ، كُلَّمَا نَفِدَتْ أُخْرَاهَا ، عَادَتْ عَلَيْهِ أُولاَهَا ، حَتَّى يُقْضَى بَيْنَ النَّاسِ.
“Rəvayət edilir ki, Əbu Zərr ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “Kimin dəvəsi, qoyunu və inəyi olarsa, lakin onların zəkatını verməzsə, həmin heyvanlar Qiyamət günü dünyada olduqlarından daha sağlam və daha cüssəli halda gətirilib yiyələrini buynuzları ilə vurub tapdalayacaqlar. Sonda olan tapdalamanı bitirdikdə, əvvəlkilər yenidən gəlib bunu insanların sorğu-sualı bitincəyə qədər davam edəcəklər”.”
İstinad
İbn Məcə, 1785 (Zəkat, 3)
Sunən İbn Məcə — Zəkata aid fəsillər