Zəkata aid fəsillər

Zəkatı verməmək haqda nə rəvayət edilib?

حَدَّثَنَا أَبُو مَرْوَانَ مُحَمَّدُ بْنُ عُثْمَانَ الْعُثْمَانِيُّ ، حَدَّثَنَا عَبْدُ الْعَزِيزِ بْنُ أَبِي حَازِمٍ ، عَنِ الْعَلاَءِ بْنِ عَبْدِ الرَّحْمَنِ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي هُرَيْرَةَ ، أَنَّ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ قَالَ : تَأْتِي الإِبِلُ الَّتِي لَمْ تُعْطَ الْحَقَّ مِنْهَا , تَطَأُ صَاحِبَهَا بِأَخْفَافِهَا ، وَتَأْتِي الْبَقَرُ وَالْغَنَمُ , تَطَأُ صَاحِبَهَا بِأَظْلاَفِهَا ، وَتَنْطَحُهُ بِقُرُونِهَا ، وَيَأْتِي الْكَنْزُ شُجَاعًا أَقْرَعَ ، فَيَلْقَى صَاحِبَهُ يَوْمَ الْقِيَامَةِ ، فَيَفِرُّ مِنْهُ صَاحِبُهُ مَرَّتَيْنِ ، ثُمَّ يَسْتَقْبِلُهُ فَيَفِرُّ ، فَيَقُولُ : مَا لِي وَلَكَ , فَيَقُولُ : أَنَا كَنْزُكَ ، أَنَا كَنْزُكَ ، فَيَتَقِيهِ بِيَدِهِ فَيَلْقَمُهَا.

“Əbu Hureyra ﵁ rəvayət edir ki, Allah Elçisi ﷺ belə buyurdu: “Malının zəkatı verilməyən dəvələr Qiyamət günü gəlib yiyələrini tapdalayacaqlar. Eyni şəkildə, inək və qoyunlar da gəlib yiyələrini tapdalayacaqlar. Zəkatı verilməyən qızıl və gümüş də Qiyamət günü keçəl başlı bir ilan şəklində yiyəsinə yaxınlaşacaq. Yiyəsi ondan iki dəfə qaçacaq, üçüncü dəfə yenə yiyəsini qarşılayacaq. Yiyəsi deyəcək: “Səninlə mənim aramda nə var ki, məndən əl çəkmirsən?” İlan deyəcək: “Mən sənin zəkatını vermədiyin xəzinənəm. Mən sənin zəkatını vermədiyin xəzinənəm”. Yiyəsi ondan qorunmağa çalışsa da, o, bir dəfəyə onu udacaq”.”

Əbu Hureyra
Səhih

İstinad

İbn Məcə, 1786 (Zəkat, 4)

Sunən İbn Məcə — Zəkata aid fəsillər