Zəkata aid fəsillər

Zəkatı verilən mal toplanıb saxlanmış xəzinə sayılmır

حَدَّثَنَا عَمْرُو بْنُ سَوَّادٍ الْمِصْرِيُّ ، حَدَّثَنَا عَبْدُ اللهِ بْنُ وَهْبٍ ، عَنِ ابْنِ لَهِيعَةَ ، عَنْ عُقَيْلٍ ، عَنِ ابْنِ شِهَابٍ , حَدَّثَنِي خَالِدُ بْنُ أَسْلَمَ ، مَوْلَى عُمَرَ بْنِ الْخَطَّابِ ، قَالَ : خَرَجْتُ مَعَ عَبْدِ اللهِ بْنِ عُمَرَ ، فَلَحِقَهُ أَعْرَابِيٌّ ، فَقَالَ لَهُ : قَوْلُ اللهِ : {وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلاَ يُنْفِقُونَهَا فِي سَبِيلِ اللهِ} قَالَ لَهُ ابْنُ عُمَرَ : مَنْ كَنَزَهَا فَلَمْ يُؤَدِّ زَكَاتَهَا , فَوَيْلٌ لَهُ ، إِنَّمَا كَانَ هَذَا قَبْلَ أَنْ تُنْزَلَ الزَّكَاةُ ، فَلَمَّا أُنْزِلَتْ جَعَلَهَا طَهُورًا لِلأَمْوَالِ ، ثُمَّ الْتَفَتَ ، فَقَالَ : مَا أُبَالِي لَوْ كَانَ لِي أُحُدٌ ذَهَبًا ، أَعْلَمُ عَدَدَهُ وَأُزَكِّيهِ ، وَأَعْمَلُ فِيهِ بِطَاعَةِ اللهِ عَزَّ وَجَلَّ.

“Rəvayət edilir ki, Ömər ibn əl-Xattabın ﵁ köləlikdən azad etdiyi Xalid ibn Əsləm ﵀ demişdir: “Mən Abdullah ibn Ömərlə birlikdə çıxmışdım. Bir bədəvi ona yaxınlaşaraq dedi: Allah buyurur: “Allahın Öz lütfündən bəxş etdiyini xərcləməyə xəsislik edən kimsələr elə güman etməsinlər ki, bu onların xeyrinədir”. (Ali-İmran, 180)”. İbn Ömər ona dedi: “Kimin mal toplayaraq xəzinəsi olar və onun zəkatını verməzsə, ona vay olsun! Bu, zəkat ayəsi nazil olmamışdan qabaq belə idi. Zəkatın vacibliyi nazil olduqda Allah zəkatı malları təmizləyən etdi”. Sonra o adama tərəf çevrilib və belə buyurdu: “Sayını bilib zəkatını verdiyim və Allaha itaət yolunda savab qazandığım Uhud dağı qədər qızılım olsa, buna görə heç bir narahatlıq keçirmərəm”.”

Ömər ibn əl-Xattab
Səhih

İstinad

İbn Məcə, 1787 (Zəkat, 5)

Sunən İbn Məcə — Zəkata aid fəsillər