Zəkata aid fəsillər

Dəvənin zəkatı

حَدَّثَنَا أَبُو بِشْرٍ بَكْرُ بْنُ خَلَفٍ ، حَدَّثَنَا عَبْدُ الرَّحْمَنِ بْنُ مَهْدِيٍّ ، حَدَّثَنَا سُلَيْمَانُ بْنُ كَثِيرٍ ، حَدَّثَنَا ابْنُ شِهَابٍ ، عَنْ سَالِمِ بْنِ عَبْدِ اللهِ ، عَنْ أَبِيهِ ، عَنِ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، قَالَ : أَقْرَأَنِي سَالِمٌ كِتَابًا كَتَبَهُ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ فِي الصَّدَقَاتِ قَبْلَ أَنْ يَتَوَفَّاهُ اللَّهُ ، فَوَجَدْتُ فِيهِ : فِي خَمْسٍ مِنَ الإِبِلِ شَاةٌ ، وَفِي عَشْرٍ شَاتَانِ ، وَفِي خَمْسَ عَشْرَةَ ثَلاَثُ شِيَاهٍ ، وَفِي عِشْرِينَ أَرْبَعُ شِيَاهٍ ، وَفِي خَمْسٍ وَعِشْرِينَ بِنْتُ مَخَاضٍ إِلَى خَمْسٍ وَثَلاَثِينَ ، فَإِنْ لَمْ تُوجَدْ بِنْتُ مَخَاضٍ فَابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِنْ زَادَتْ عَلَى خَمْسٍ وَثَلاَثِينَ وَاحِدَةً ، فَفِيهَا بِنْتُ لَبُونٍ إِلَى خَمْسٍ وَأَرْبَعِينَ ، فَإِنْ زَادَتْ عَلَى خَمْسٍ وَأَرْبَعِينَ وَاحِدَةً ، فَفِيهَا حِقَّةٌ إِلَى سِتِّينَ ، فَإِنْ زَادَتْ عَلَى سِتِّينَ وَاحِدَةً ، فَفِيهَا جَذَعَةٌ إِلَى خَمْسٍ وَسَبْعِينَ ، فَإِنْ زَادَتْ عَلَى خَمْسٍ وَسَبْعِينَ وَاحِدَةً ، فَفِيهَا ابْنَتَا لَبُونٍ إِلَى تِسْعِينَ ، فَإِنْ زَادَتْ عَلَى تِسْعِينَ وَاحِدَةً , فَفِيهَا حِقَّتَانِ إِلَى عِشْرِينَ وَمِئَةٍ ، فَإِذَا كَثُرَتْ فَفِي كُلِّ خَمْسِينَ حِقَّةٌ ، وَفِي كُلِّ أَرْبَعِينَ بِنْتُ لَبُونٍ.

“Səlim ibn Abdullah atasının ﵁ belə dediyini rəvayət etmişdir: “Allah Elçisi ﷺ vəfat etməzdən əvvəl yazdırdığı bir məktubu Səlim mənə oxutdurdu. Orada yazılmışdı: “Beş dəvəyə bir qoyun, on dəvəyə iki qoyun, on beş dəvəyə üç qoyun, iyirmi dəvəyə dörd qoyun, iyirmi beş dəvədən otuz beş dəvəyə qədər iki yaşına keçmiş bir dişi dəvə verilir. Əgər tapmasa, iki yaşını tamamlamış erkək dəvə verir. Otuz altı dəvədən qırx beş dəvəyə qədər iki yaşını tamamlamış bir dişi dəvə verilir. Qırx altı dəvədən altmış dəvəyə qədər üç yaşı tamam olmuş bir dişi dəvə zəkat verilir. Altmış birdən yetmiş beşə qədər dəvəyə dörd yaşı tamam olmuş bir dişi dəvə, yetmiş altıdan doxsana qədər dəvəyə iki yaşı tamam olmuş iki dəvə zəkat verilir. Doxsan birdən yüz iyirmiyə qədər dəvəyə iki ədəd üç yaşı tamam olmuş dəvə zəkat verilir. Hər əlli dəvəyə isə üç yaşı tamam olmuş bir dişi dəvə zəkat verilir. Hər qırx dəvə üçün isə iki yaşı tamam olmuş bir dişi dəvə zəkat olaraq verilir”.”

Səlim ibn Abdullah atasından
Səhih

İstinad

İbn Məcə, 1798 (Zəkat, 16)

Sunən İbn Məcə — Zəkata aid fəsillər