Dəvənin zəkatı
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَقِيلِ بْنِ خُوَيْلِدٍ النَّيْسَابُورِيُّ ، حَدَّثَنَا حَفْصُ بْنُ عَبْدِ اللهِ السُّلَمِيُّ ، حَدَّثَنَا إِبْرَاهِيمُ بْنُ طَهْمَانَ ، عَنْ عَمْرِو بْنِ يَحْيَى بْنِ عُمَارَةَ ، عَنْ أَبِيهِ ، عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ ، قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَيْسَ فِيمَا دُونَ خَمْسٍ مِنَ الإِبِلِ صَدَقَةٌ ، وَلاَ فِي الأَرْبَعِ شَيْءٌ ، فَإِذَا بَلَغَتْ خَمْسًا , فَفِيهَا شَاةٌ إِلَى أَنْ تَبْلُغَ تِسْعًا ، فَإِذَا بَلَغَتْ عَشْرًا , فَفِيهَا شَاتَانِ إِلَى أَنْ تَبْلُغَ أَرْبَعَ عَشْرَةَ ، فَإِذَا بَلَغَتْ خَمْسَ عَشْرَةَ , فَفِيهَا ثَلاَثُ شِيَاهٍ , إِلَى أَنْ تَبْلُغَ تِسْعَ عَشْرَةَ ، فَإِذَا بَلَغَتْ عِشْرِينَ , فَفِيهَا أَرْبَعُ شِيَاهٍ , إِلَى أَنْ تَبْلُغَ أَرْبَعًا وَعِشْرِينَ ، فَإِذَا بَلَغَتْ خَمْسًا وَعِشْرِينَ , فَفِيهَا بِنْتُ مَخَاضٍ , إِلَى خَمْسٍ وَثَلاَثِينَ ، فَإِذَا لَمْ تَكُنْ بِنْتُ مَخَاضٍ , فَابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِنْ زَادَتْ بَعِيرًا , فَفِيهَا بِنْتُ لَبُونٍ , إِلَى أَنْ تَبْلُغَ خَمْسًا وَأَرْبَعِينَ ، فَإِنْ زَادَتْ بَعِيرًا , فَفِيهَا حِقَّةٌ , إِلَى أَنْ تَبْلُغَ سِتِّينَ ، فَإِنْ زَادَتْ بَعِيرًا , فَفِيهَا جَذَعَةٌ , إِلَى أَنْ تَبْلُغَ خَمْسًا وَسَبْعِينَ ، فَإِنْ زَادَتْ بَعِيرًا , فَفِيهَا بِنْتَا لَبُونٍ , إِلَى أَنْ تَبْلُغَ تِسْعِينَ ، فَإِنْ زَادَتْ بَعِيرًا , فَفِيهَا حِقَّتَانِ , إِلَى أَنْ تَبْلُغَ عِشْرِينَ وَمِئَةً ، ثُمَّ فِي كُلِّ خَمْسِينَ حِقَّةٌ ، وَفِي كُلِّ أَرْبَعِينَ بِنْتُ لَبُونٍ.
“Rəvayət edilir ki, Əbu Səid əl-Xudri ﵁ demişdir: “Allah Elçisi ﷺ belə buyurmuşdur: “Sayı beşdən az dəvə üçün zəkat yoxdur. Dörd dəvəyə heç nə düşmür. Dəvələrin sayı beşi keçdikdə bir qoyun zəkat verilir. Dəvələrin sayı doqquza çatana qədər bu belədir. Dəvələrin sayı on olduqda iki qoyun zəkat verilir. On dörd dəvəyə qədər belə olur. Dəvələrin sayı on beşdən on doqquza qədər olunca üç qoyun zəkat verilir. Dəvələrin sayı iyirmi olduqda iyirmi dörd dəvəyə qədər dörd qoyun zəkat verilir. Dəvələrin sayı iyirmi beşə çatdıqda otuz beş dəvə olana qədər iki yaşına qədəm qoymuş dişi dəvə zəkat verilir. Bu yaşda dəvə tapılmasa, iki yaşı tamam olmuş erkək dəvə zəkat verilir. Dəvələrin sayı artıb qırx beş dəvəyə çatana qədər iki yaşı tamam olmuş dişi dəvə zəkat verilir. Dəvələrin sayı artıb altımış dəvə olana qədər üç yaşı tamam olmuş bir dişi dəvə zəkat verilir. Dəvələrin sayı artıb yetmiş beş dəvə olana qədər dörd yaşı tamam olmuş bir dişi dəvə zəkat verilir. Dəvələrin sayı artıb doxsan dəvəyə çatana qədər iki yaşı tamam olmuş iki dişi dəvə zəkat verilir. Dəvələrin sayı artıb yüz iyirmiyə çatana qədər dörd yaşında iki dişi dəvə zəkat verilir. Bundan sonra hər əlli dəvəyə görə dörd yaşlı bir dişi dəvə, hər qırx dəvəyə görə isə üç yaşlı bir dişi dəvə zəkat verilir”.”
İstinad
İbn Məcə, 1799 (Zəkat, 17)
Sunən İbn Məcə — Zəkata aid fəsillər