Zəkata aid fəsillər

Dəvələrin zəkatı verilərkən yaşları az və ya çox olarsa, nə edilməlidir?

حَدَّثَنَا مُحَمَّدُ بْنُ بَشَّارٍ ، وَمُحَمَّدُ بْنُ يَحْيَى ، وَمُحَمَّدُ بْنُ مَرْزُوقٍ ، قَالُوا : حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ اللهِ بْنِ الْمُثَنَّى , حَدَّثَنِي أَبِي ، عَنْ ثُمَامَةَ , حَدَّثَنِي أَنَسُ بْنُ مَالِكٍ ، أَنَّ أَبَا بَكْرٍ الصِّدِّيقَ كَتَبَ لَهُ : بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ ، هَذِهِ فَرِيضَةُ الصَّدَقَةِ الَّتِي فَرَضَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ عَلَى الْمُسْلِمِينَ ، الَّتِي أَمَرَ اللَّهُ بِهَا رَسُولَهُ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَإِنَّ مِنْ أَسْنَانِ الإِبِلِ فِي فَرَائِضِ الْغَنَمِ ، مَنْ بَلَغَتْ عِنْدَهُ مِنَ الإِبِلِ صَدَقَةُ الْجَذَعَةِ ، وَلَيْسَ عِنْدَهُ جَذَعَةٌ ، وَعِنْدَهُ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ الْحِقَّةُ ، وَيَجْعَلُ مَكَانَهَا شَاتَيْنِ إِنِ اسْتَيْسَرَتَا ، أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ عِنْدَهُ صَدَقَةُ الْحِقَّةِ ، وَلَيْسَتْ عِنْدَهُ إِلاَّ بِنْتُ لَبُونٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ بِنْتُ لَبُونٍ ، وَيُعْطِي مَعَهَا شَاتَيْنِ ، أَوْ عِشْرِينَ دِرْهَمًا ، وَمَنْ بَلَغَتْ صَدَقَتُهُ بِنْتَ لَبُونٍ ، وَلَيْسَتْ عِنْدَهُ ، وَعِنْدَهُ حِقَّةٌ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ الْحِقَّةُ ، وَيُعْطِيهِ الْمُصَدِّقُ عِشْرِينَ دِرْهَمًا ، أَوْ شَاتَيْنِ ، وَمَنْ بَلَغَتْ صَدَقَتُهُ بِنْتَ لَبُونٍ ، وَلَيْسَتْ عِنْدَهُ ، وَعِنْدَهُ بِنْتُ مَخَاضٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ ابْنَةُ مَخَاضٍ وَيُعْطِي مَعَهَا عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ ، وَمَنْ بَلَغَتْ صَدَقَتُهُ بِنْتَ مَخَاضٍ وَلَيْسَتْ عِنْدَهُ ، وَعِنْدَهُ ابْنَةُ لَبُونٍ ، فَإِنَّهَا تُقْبَلُ مِنْهُ بِنْتُ لَبُونٍ ، وَيُعْطِيهِ الْمُصَدِّقُ عِشْرِينَ دِرْهَمًا أَوْ شَاتَيْنِ ، فَمَنْ لَمْ يَكُنْ عِنْدَهُ ابْنَةُ مَخَاضٍ عَلَى وَجْهِهَا ، وَعِنْدَهُ ابْنُ لَبُونٍ ذَكَرٌ ، فَإِنَّهُ يُقْبَلُ مِنْهُ وَلَيْسَ مَعَهُ شَيْءٌ.

“Ənəs ibn Malik ﵁ rəvayət edir ki, Əbu Bəkr əs-Siddiq ona belə bir məktub yazmışdı: “Bismilləhir-Rahmənir-Rahim. Bu, Allahın Öz Elçisinə əmr etdiyi və Allah Elçisinin ﷺ hər bir müsəlmanın üzərinə vacib etdiyi zəkatdır. Dəvələrin və qoyunların zəkatı belədir: Kimin zəkat olaraq verəcəyi dəvələri dörd yaşını tamamlayıb beş yaşına keçən bir dəvə olarsa, onda da o dəvə olmazsa və bir yaş kiçik dişi dəvəsi olarsa, o dəvə ondan zəkat olaraq götürülür və mal yiyəsi əlavə olaraq iki qoyun verir. Qoyunu yoxdursa, iyirmi dirhəm gümüş verir. Kimin zəkat olaraq verəcəyi dəvələri üç yaşını tamamlayıb dörd yaşına keçən bir dəvə olarsa, onda da o dəvə olmazsa və bir yaş kiçik dəvəsi olarsa, o dəvə ondan zəkat olaraq götürülür, üstəlik mal yiyəsi fərqə görə iki qoyun verir. Qoyunu yoxdursa, iyirmi dirhəm gümüş verir. Kimin zəkat olaraq verəcəyi dəvələri iki yaşını tamamlayıb üç yaşına keçən bir dəvə olarsa, onda da elə bir dəvə olmazsa və bir yaş böyük dəvəsi olarsa, o dəvə ondan zəkat olaraq götürülür və zəkat yığan isə mal yiyəsinə iki qoyun və ya iyirmi dirhəm gümüş verməlidir. Kimin zəkat olaraq verəcəyi dəvələri iki yaşını tamamlayıb üç yaşına keçən bir dəvə olarsa, onda da o dəvə olmazsa və bir yaş kiçik dəvəsi olarsa, o dəvə ondan zəkat olaraq götürülür və mal yiyəsi əlavə olaraq iki qoyun və ya iyirmi dirhəm gümüş verir. Kimin zəkat olaraq verəcəyi dəvələri bir yaşını tamamlamış bir dəvə olarsa, onda da o dəvə olmazsa və bir yaş böyük dəvəsi olarsa, o dəvə ondan zəkat olaraq götürülür və zəkat yığan mal yiyəsinə yaş fərqinə görə iki qoyun və ya iyirmi dirhəm gümüş verir. Kimin zəkat olaraq verəcəyi dəvələri bir yaşını tamamlamış bir dişi dəvə olmazsa, onda eyni yaşlı bir erkək dəvəsi olarsa, o dəvə ondan zəkat olaraq götürülür və əlavə olaraq ondan heç nə götürülmür”.”

Ənəs ibn Malik
Səhih

İstinad

İbn Məcə, 1800 (Zəkat, 18)

Sunən İbn Məcə — Zəkata aid fəsillər