Zəkat yığan insan götürdüyü dəvələrdə nəyə diqqət etməlidir?
حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا وَكِيعٌ ، حَدَّثَنَا شَرِيكٌ ، عَنْ عُثْمَانَ الثَّقَفِيِّ ، عَنْ أَبِي لَيْلَى الْكِنْدِيِّ ، عَنْ سُوَيْدِ بْنِ غَفَلَةَ ، قَالَ : جَاءَنَا مُصَدِّقُ النَّبِيِّ صَلَّى الله عَليْهِ وسَلَّمَ ، فَأَخَذْتُ بِيَدِهِ وَقَرَأْتُ فِي عَهْدِهِ : لاَ يُجْمَعُ بَيْنَ مُتَفَرِّقٍ ، وَلاَ يُفَرَّقُ بَيْنَ مُجْتَمِعٍ ، خَشْيَةَ الصَّدَقَةِ ، فَأَتَاهُ رَجُلٌ بِنَاقَةٍ عَظِيمَةٍ مُلَمْلَمَةٍ ، فَأَبَى أَنْ يَأْخُذَهَا ، فَأَتَاهُ بِأُخْرَى دُونَهَا ، فَأَخَذَهَا ، وَقَالَ : أَيُّ أَرْضٍ تُقِلُّنِي ، وَأَيُّ سَمَاءٍ تُظِلُّنِي ، إِذَا أَتَيْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ وَقَدْ أَخَذْتُ خِيَارَ إِبِلِ رَجُلٍ مُسْلِمٍ.
“Rəvayət edilir ki, Suveyd ibn Ğafələ ﵁ demişdir: “Bizim yanımıza Peyğəmbərin ﷺ zəkat məmuru gəlmişdi. Onun əlindən tutdum və məktubdakı zəkat haqda yazılanları oxudum: “Bir neçə nəfərin zəkatı birləşdirilmiş verilməz. Bir nəfərin malı müxtəlif adamlar arasında paylana bilməz”. Bu əsnada bir nəfər iri bir dişi dəvə gətirdi. Zəkat məmuru onu götürməkdən çəkindi. Sonra həmin adam əvvəlkindən daha kiçik dəvə gətirdi. Zəkat məmuru bu dəvəni götürdü: “Mən bir müsəlmandan ən yaxşı bir dəvəni götürüb Allah Elçisinə ﷺ aparsam, hansı yer məni daşıyar, hansı göy məni kölgələndirər?””
İstinad
İbn Məcə, 1801 (Zəkat, 19)
Sunən İbn Məcə — Zəkata aid fəsillər