Əkinlərin və meyvələrin zəkatı
حَدَّثَنَا الْحَسَنُ بْنُ عَلِيِّ بْنِ عَفَّانَ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ عَيَّاشٍ ، عَنْ عَاصِمِ بْنِ أَبِي النَّجُودِ ، عَنْ أَبِي وَائِلٍ ، عَنْ مَسْرُوقٍ ، عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ، قَالَ : بَعَثَنِي رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ إِلَى الْيَمَنِ ، وَأَمَرَنِي أَنْ آخُذَ مِمَّا سَقَتِ السَّمَاءُ ، وَمَا سُقِيَ بَعْلاً الْعُشْرَ ، وَمَا سُقِيَ بِالدَّوَالِي نِصْفَ الْعُشْرِ. قَالَ يَحْيَى بْنُ آدَمَ : الْبَعْلُ ، وَالْعَثَرِيُّ ، وَالْعَذْيُ هُوَ الَّذِي يُسْقَى بِمَاءِ السَّمَاءِ ، وَالْعَثَرِيُّ : مَا يُزْرَعُ بِالسَّحَابِ وَالْمَطَرِ خَاصَّةً ، لَيْسَ يُصِيبُهُ إِلاَّ مَاءُ الْمَطَرِ ، وَالْبَعْلُ : مَا كَانَ مِنَ الْكُرُومِ قَدْ ذَهَبَتْ عُرُوقُهُ فِي الأَرْضِ إِلَى الْمَاءِ ، فَلاَ يَحْتَاجُ إِلَى السَّقْيِ ، الْخَمْسَ سِنِينَ وَالسِّتَّ ، يَحْتَمِلُ تَرْكَ السَّقْيِ ، فَهَذَا الْبَعْلُ ، وَالسَّيْلُ : مَاءُ الْوَادِي إِذَا سَالَ ، وَالْغَيْلُ : سَيْلٌ دُونَ سَيْلٍ.
“Rəvayət edilir ki, Muaz ibn Cəbəl ﵁ demişdir: “Allah Elçisi ﷺ məni Yəmənə göndərdikdə yağışla sulanan və dəmyə olan ərazilərin məhsulunun ondabirini, əl ilə suvarılan yerlərin məhsulunun iyirmidəbirini zəkat götürməyimi əmr etdi”. Ravi Yəyha ibn Adəm deyir: “Hədisdə olan “əl-bəl”, “əl-asər” və “əl-azyu” sözləri yağış suyu ilə sulanan ərazilərdir. “əl-Asər” xüsusilə yağış suyu ilə suvarılan əkin yeridir və ora yağış suyundan başqa heç nə gəlmir. “əl-Bəl” kökü yerin dərinliklərindən suya gedib çatan üzüm bağlarındandır. Na görə də beş-altı il suvarılmağa ehtiyac duyulmur. Vadilərdən axan sulara “əs-seyl” deyilir. “əl-Ğeyl” isə seldən az axan sulardır”.”
İstinad
İbn Məcə, 1818 (Zəkat, 36)
Sunən İbn Məcə — Zəkata aid fəsillər