Xurma və üzümü ağacda təqribi hesablamaq
حَدَّثَنَا مُوسَى بْنُ مَرْوَانَ الرَّقِّيُّ ، حَدَّثَنَا عُمَرُ بْنُ أَيُّوبَ ، عَنْ جَعْفَرِ بْنِ بُرْقَانَ ، عَنْ مَيْمُونِ بْنِ مِهْرَانَ ، عَنْ مِقْسَمٍ ، عَنِ ابْنِ عَبَّاسٍ ، أَنَّ النَّبِيَّ صَلَّى الله عَليْهِ وسَلَّمَ حِينَ افْتَتَحَ خَيْبَرَ ، اشْتَرَطَ عَلَيْهِمْ أَنَّ لَهُ الأَرْضَ ، وَكُلَّ صَفْرَاءَ وَبَيْضَاءَ ، يَعْنِي الذَّهَبَ وَالْفِضَّةَ ، وَقَالَ لَهُ أَهْلُ خَيْبَرَ : نَحْنُ أَعْلَمُ بِالأَرْضِ ، فَأَعْطِنَاهَا عَلَى أَنْ نَعْلَمَهَا , وَيَكُونَ لَنَا نِصْفُ الثَّمَرَةِ وَلَكُمْ نِصْفُهَا ، فَزَعَمَ أَنَّهُ أَعْطَاهُمْ عَلَى ذَلِكَ ، فَلَمَّا كَانَ حِينَ يُصْرَمُ النَّخْلُ ، بَعَثَ إِلَيْهِمُ ابْنَ رَوَاحَةَ ، فَحَزَرَ النَّخْلَ ، وَهُوَ الَّذِي يَدْعُونَهُ أَهْلُ الْمَدِينَةِ الْخَرْصَ ، فَقَالَ : فِي ذَا كَذَا وَكَذَا ، فَقَالُوا : أَكْثَرْتَ عَلَيْنَا يَا ابْنَ رَوَاحَةَ ، فَقَالَ : فَأَنَا أَحْزِرُ النَّخْلَ ، وَأُعْطِيكُمْ نِصْفَ الَّذِي قُلْتُ ، قَالَ : فَقَالُوا : هَذَا الْحَقُّ ، وَبِهِ تَقُومُ السَّمَاءُ وَالأَرْضُ ، فَقَالُوا : قَدْ رَضِينَا أَنْ نَأْخُذَ بِالَّذِي قُلْتَ.
“İbn Abbas ﵄ rəvayət edir ki, Peyğəmbər ﷺ Xeybəri fəth etdikdə ordakı yəhudilərin qalmalarına bütün ərazilər, qızıl və gümüşün müsəlmanlara qalması şərti ilə izin verdi. Xeybər yəhudiləri dedilər: “Biz bu torpaqların becərilməsini yaxşı bilirik, sən bunları bizə ver, məhsulunun yarısı bizə, yarısı da sizə qalmaqla işlədək”. Peyğəmbər ﷺ bu şərtlərlə həmin əraziləri yəhudilərə verdi. Məhsul yığımının vaxtı yaxınlaşdıqda Peyğəmbər ﷺ Abdullah ibn Ravahanı ora göndərib ağaclardakı xurmaların məhsulunu təqribi hesablamağı buyurdu. O da bu xurmalıqdan “bu qədər”, o biri xurmalıqdan “filan qədər” xurma çıxacağını təxmin etdi. Mədinədə bu təxmini hesablama işinə “əl-xars” deyilir. Yəhudilər Abdullaha dedilər: “Ey İbn Ravaha! Bu təxmini hesabladığın miqdar bizə çox gəldi”. Abdullah ibn Ravaha da dedi: “Bu təqribi hesabladığım miqdarı mən qəbul edir və yarısını sizə verirəm”. Ravi deyir: “Xeybər yəhudiləri bundan sonra dedilər: “Sənin etdiyin bu təqribi hesablama haqdır. Göylər və yer bu haqq ilə durur! Biz sənin təqribi hesablaman ilə razı olduq”.”
İstinad
İbn Məcə, 1820 (Zəkat, 38)
Sunən İbn Məcə — Zəkata aid fəsillər