Zəkata aid fəsillər

Qohum-əqrəbaya sədəqə vermək

حَدَّثَنَا عَلِيُّ بْنُ مُحَمَّدٍ ، حَدَّثَنَا أَبُو مُعَاوِيَةَ ، عَنِ الأَعْمَشِ ، عَنْ شَقِيقٍ ، عَنْ عَمْرِو بْنِ الْحَارِثِ بْنِ الْمُصْطَلِقِ ، عَنِ ابْنِ أَخِي زَيْنَبَ امْرَأَةِ عَبْدِ اللهِ ، عَنْ زَيْنَبَ امْرَأَةِ عَبْدِ اللهِ ، قَالَتْ : سَأَلْتُ رَسُولَ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : أَيُجْزِئُ عَنِّي مِنَ الصَّدَقَةِ النَّفَقَةُ عَلَى زَوْجِي ، وَأَيْتَامٍ فِي حِجْرِي ؟ قَالَ رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ : لَهَا أَجْرَانِ : أَجْرُ الصَّدَقَةِ ، وَأَجْرُ الْقَرَابَةِ.

“Rəvayət edilir ki, Abdullah ibn Məsudun ﵁ həyat yoldaşı Zeynəb ﵂ demişdir: “Mən Allah Elçisindən ﷺ soruşdum: “Ərimə və himayəm altında olan yetimlərə xərclədiyim (mal) sədəqə kimi ola bilər?” Allah Elçisi ﷺ buyurdu: “Ona iki savab var: sədəqə savabı və qohumluq savabı”.”

Abdullah ibn Məsudun həyat yoldaşı Zeynəb
Səhih

İstinad

İbn Məcə, 1834 (Zəkat, 52)

Sunən İbn Məcə — Zəkata aid fəsillər