Zəkata aid fəsillər

Qohum-əqrəbaya sədəqə vermək

حَدَّثَنَا أَبُو بَكْرِ بْنُ أَبِي شَيْبَةَ ، حَدَّثَنَا يَحْيَى بْنُ آدَمَ ، حَدَّثَنَا حَفْصُ بْنُ غِيَاثٍ ، عَنْ هِشَامِ بْنِ عُرْوَةَ ، عَنْ أَبِيهِ ، عَنْ زَيْنَبَ بِنْتِ أُمِّ سَلَمَةَ ، عَنْ أُمِّ سَلَمَةَ ، قَالَتْ : أَمَرَنَا رَسُولُ اللهِ صَلَّى الله عَليْهِ وسَلَّمَ بِالصَّدَقَةِ ، فَقَالَتْ زَيْنَبُ امْرَأَةُ عَبْدِ اللهِ : أَيُجْزِينِي مِنَ الصَّدَقَةِ أَنْ أَتَصَدَّقَ عَلَى زَوْجِي وَهُوَ فَقِيرٌ ، وَبَنِي أَخٍ لِي أَيْتَامٍ ، وَأَنَا أُنْفِقُ عَلَيْهِمْ هَكَذَا وَهَكَذَا ، وَعَلَى كُلِّ حَالٍ ؟ قَالَ : نَعَمْ. قَالَ : وَكَانَتْ صَنَاعَ الْيَدَيْنِ.

“Rəvayət edilir ki, Ummu Sələmə ﵂ demişdir: “Allah Elçisi ﷺ bizə sədəqə verməyi əmr etdi. Abdullah ibn Məsudun zövcəsi də dedi: “Kasıb ərimə və qardaşımın yetimlərinə xərclədiklərimə görə savab qazanırammı?” Allah Elçisi ﷺ də: “Bəli”- dedi. Ravi deyir: “Zeynəb çalışaraq əli ilə qazanc əldə edən qadın idi”.”

Ummu Sələmə
Səhih

İstinad

İbn Məcə, 1835 (Zəkat, 53)

Sunən İbn Məcə — Zəkata aid fəsillər